AZXEBER.COM xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
Səhhətindən danışan diktor bildirib:
"Harasa getməyə halım olmur. Çölə çıxa bilmirəm, ancaq evin içində hərəkət edirəm. Təzyiqim yüksək olur. İynələr vurulur, heç nə təsir etmir.
Ofeliya Sənani 85 illiyini qeyd etməsindən də danışıb:
"Mən heç vaxt ad günü keçirməmişəm, acığım gəlir. Bu il övladlarım etdi. Mən yay-qış deməmişəm, həmişə işləmişəm. Nə istirahətə, nə də doğum günlərinə vaxtım olub".











































