Biləsuvarda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər yaralanıb

SOSİAL
00:10 30.09.2024
133
 
Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində İmişli rayon sakinləri, 1983-cü il təvəllüdlü Elnur Qəhrəmanov və 1986-ci il təvəllüdlü Elçin Kərimov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR