"Əkbər sevincindən bütün sığınacağı oyatdı"

"Əkbər sevincindən bütün sığınacağı oyatdı"
SOSİAL
10:15 22.01.2026
123
"Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi "Ayntraxt" üzərində 3:2 hesablı tarixi qələbə qazanıb.

AZXEBER.COM xəbər verir ki, Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında oyunu izləyən azyaşlıların videosu paylaşılıb.

Videoda onların "Qarabağ"ın zəfərinə necə sevindikləri əksini tapıb.

"Əkbər sevincindən bütün sığınacağı oyatdı", - paylaşımın rəyində bildirilib.

Qeyd edək ki, Əkbər bir müddət əvvəl "Qarabağ"ın "Ayaks"la oyununu sığınacaqda tək izləməsi ilə gündəmə gəlmiş, sonradan klub rəhbərliyi, eləcə də, komandanın baş məşqçisi Qurban Qurbanov onunla görüşmüşdü.
 

OXŞAR XƏBƏRLƏR