Çəkiliş meydançasında yanğın: "Şakir Paşa Köşkü" kül oldu

MAQAZİN
13:40 26.12.2024
298
Fırat Tanış və Vahide Perçinin baş rollarını oynadığı "Şakir Paşa ailəsi" serialının çəkiliş meydançasında yanğın olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın gecə saatlarında baş verib.
 
Hadisə nəticəsində serialda istifadə edilən "Şakir Paşa Köşkü" tamamilə yanaraq kül olub.
 
Prodüserlər köşk təmir olunana qədər çəkilişlərin dayandırıldığını açıqlayıb.
 
Bu səbəbdən serialın 3-cü bölümdən sonra qısa müddət ərzində ekranlarda olmayacağı bildirilib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR