Çəkilişə gedən televiziya işçiləri qəzaya düşdü

Çəkilişə gedən televiziya işçiləri qəzaya düşdü
SOSİAL
12:47 11.01.2018
843
"Dünya” televiziyasının çəkiliş qrupu qəzaya düşüb 

Hadisə Hacıqabul rayonu ərazisində, "Nəvahi” postu yaxınlığında baş verib.

"Ləziz Səyahət” verilişinin çəkiliş qrupunun olduğu "Mercedes” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. 

Verilişin aparıcısı Aqşin Kazımoğlu APA-ya faktı təsdiqləyib: "Yüngül qəza keçirdik. Allaha şükür hər şey qaydasındadır, xəsarət alan yoxdur”.
 
///APA
OXŞAR XƏBƏRLƏR