Çəkisini ölçdürəndən sonra huşunu itirdi - Döyüşü ləğv oldu

Çəkisini ölçdürəndən sonra huşunu itirdi - Döyüşü ləğv oldu
İDMAN
01:31 24.01.2026
738
UFC-nin ən yüngül çəki dərəcəsində çıxış edən amerikalı döyüşçü Kameron Smazerman çəkiölçmə mərasimindən dərhal sonra huşunu itirib.

28 yaşlı döyüşçü tərəzidən cəmi bir neçə addım uzaqlaşmışdı ki, yerə yıxılıb. İdmançıya dərhal tibbi yardım göstərilib.

Smazerman yanvarın 24-də Las-Veqasda keçiriləcək UFC-324 turnirində həmvətəni Rikki Tursios ilə qarşılaşmalı idi. Baş vermiş hadisə səbəbindən döyüş ləğv edilib.

Smazerman UFC-də indiyə qədər üç döyüş keçirib, bu döyüşlərin birində qalib gəlib, ikisində isə məğlub olub.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR