"Sauthempton”un baş məşqçisi Vil Stil "Liverpul”la kubok oyunundan (1:2) sonra rəqib hücumçu Uqo Ekitike haqqında maraqlı fikirlər səsləndirib.
İngilis mütəxəssis Ekitike ilə "Reyms”də birgə çalışdıqlarını xatırladıb:
"Onu çox yaxşı tanıyıram. Həmişə qol vuracağını deyirdi, bu dəfə də sözündə durdu. Matçdan əvvəl də zarafatla "mən oyuna girəcəm, qol vuracam, sənə formanı verəcəm və evə gedəcəm” dedi. Dediyi kimi də oldu”.
Stil həmçinin gənc forvardın meydanda rəqiblərə çətin anlar yaşatdığını vurğulayıb:
"O, daim hücumda təhlükə yaradan futbolçudur, müdafiəçiləri çətin vəziyyətə salır, inanılmaz dərəcədə zəhlətökəndir”.
Qeyd edək ki, Ekitike yayda "Ayntraxt”dan transfer olunub və indiyədək "Liverpul”un heyətində 8 oyunda 5 qol vurub.
Zəfər Hacılı