Ekologiya naziri ÜST-nin baş direktoru ilə görüşdü - FOTO

SİYASƏT
11:31 02.03.2024
186
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının altıncı sessiyası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla görüşüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə COP29 sosial şəbəkəsində bildirib.

"COP29-un prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının altıncı sessiyası çərçivəsində ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ictimai səhiyyə və səhiyyə sistemlərini yaxşılaşdırmaq üçün iqlim fəaliyyətinin önəmini müzakirə ediblər”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.
OXŞAR XƏBƏRLƏR