Əkrəm Əylisli Azərbaycan xalqından üzr istəyib?

MƏDƏNİYYƏT
14:25 23.02.2013
4502

Dünən bir sıra informasiya portallarında Əkrəm Əylislinin açıqlaması yayılıb. AZXEBER.COM-un məlumatına görə, "Los Angeles Times” qəzetinin Moskva müxbiri Sergey Loykonun Əkrəm Əylislinin "Daş yuxular” romanı ilə bağlı xüsusi reportaj hazırlayıb.

Yazıçı müsahibəsində deyib ki, "Mən özümü Stalin represiyalarının qurbanı kimi hiss edirəm və açığı küçəyə çıxmağa da qorxuram”. Bu yazını oxuyan jurnalistlərdən biri məqaləylə bağlı yazıçı ilə əlaqə saxlayıb və açıqlama almaq istəyib. Xarici mətbuata bəh-bəhlə danışan, Azərbaycan insanı təhqir edən əkrəm Əylisli nədənsə öz jurnalistimizə açıqlama verməyib. O bu haqda deyib: "Məni bu günahıma görə bağışlayın. Amma bu haqda danışmaq istəmirəm". Maraqlıdır ki, bəzi saytlar bu xəbəri "Məni bu günahıma görə bağışlayın” başlıqıyla oxuculara təqdim edib. Bu isə bəzi oxucularda çaşqınlıq yaradıb və onlar düşünüb ki, yazıçı “Daş yuxular” romanıyla bağlı belə bir fikir səsləndirib. Əslində isə məsələ tam başqadır. Əkrəm Əylislinin son bir neçə həftə ərzində xarici mətbuatda dəfələrlə müsahibələri çıxıb, ancaq yazıçı Azərbaycan mediasına açıqlama verməkdən ustalıqla yayınmağa çalışır. Bütün bunlar bir daha onu göstərir ki, Əkrəm Əylisli bu romanını yalnız xaricdə populyarlıq qazanmaq, şöhrətli olmaq və düşmən ölkənin tarixinə düşmək üçün yazıb. Özünü “Orhan Pamuk” kimi hiss edən Əylisliyə isə türk yazıçıdan fərqli olaraq heç bir xarici ölkədə dəyər vermirlər...

OXŞAR XƏBƏRLƏR