Əkrəm Əylisli prezident təqaüdündən də məhrum edildi

Əkrəm Əylisli prezident təqaüdündən də məhrum edildi
15:15 07.02.2013
1476
Prezident İlham Əliyev Ə. Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə də sərəncam imzalayıb. 
AZXEBER.COM-un Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda deyilir: “Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 349) 1-ci hissəsinin “Naibov Əkrəm Nəcəf oğlu” bəndi ləğv edilsin”.
OXŞAR XƏBƏRLƏR