“Daş yuxular” romanı ilə ölkə eləcə də, dünya mətbuatında geniş əks-səda yaradan Əkrəm Əylisli Azərbaycan qadınlarını təbrik edib.Yazıçı AzVision.az vasitəsilə 8 mart təbrikini xanımlara çatdırıb.“Mən qadınlarımızın hamısına işıq, sevinc, ümid dolu il arzulayıram. Axı 8 martda qadınlar üçün yeni il başlayır. Ürəyimin ən isti duyğularını, ən səmimi arzularımı çatdırıram. Mən tost deməyi o qədər də bacarmıram. Amma ürəyimin ən nəcib hisslərini, ən yaxşı arzularını onlara göndərirəm. Allah onları bu il yəni bu 8 martdan gələn 8 marta qədər xoşbəxtlik, rahatlıq, sülh əmin amanlıq içində saxlasın”.