‘Əkrəmin qulağını kəsməkdən əl çəkdik’ – Hafiz Hacıyev

‘Əkrəmin qulağını kəsməkdən əl çəkdik’ –  Hafiz Hacıyev
11:52 13.02.2013
1854

Müasir Müsavat Partiyası yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsilə bağlı bir müddət əvvəl verdiyi qərarı ləğv edib.

AZXEBER.COM-a danışan partiya sədri Hafiz Hacıyev bunu bir sıra səbəblərlə izah edib:

“Dünən bizə ABŞ-ın Azərbaycandakı səfirliyi, həmçinin hüquq-mühafizə orqanları müraciət etdi. Bizim idarə heyətinin geniş iclası keçirildi. Orada səfirliklərin nümayəndələri, bizim ağsaqqallar şurası və digər qurumlar iştirak etdi və hamısı yekdilliklə xahiş etdilər ki, biz qərarımızdan çəkinək və humanistlik göstərək. Biz də bunun ölkənin imicinə zərbə vura biləcəyini düşünərək qərarımızı ləğv etdik. Səfirliklər və digər qurumlar hamısı bizim haqlı olduğumuzu, Əkrəmin səhvini etiraf etdilər, ancaq neyləyək, ölkəmizin maraqlarını da nəzərə almaq lazımdır. Əslində isə, biz qərarımızda qəti idik və hətta bunun üçün türməyə də girməyi gözə almışdıq.

Ümumilikdə biz qərarımızı mənəvi də olsa icra etdiyimizi düşünürük. İclasda belə fikrə gəldik ki, bizim bu qərarımızdan sonra Əkrəm Əylislinin keçirdiyi iztirablar, streslər ona bəs elədi. Bilirsiniz ki, o, neçə gündür qorxusundan çölə də çıxmırdı.

Biz Əkrəmin satqınlığını sübut elədik və bu ona dərs oldu. Amma biz Azərbaycan cəmiyyətindən, beynəlxalq aləmdən də kənarda yaşaya bilmərik. Prezidentliyə növbəti namizədi olan siyasi partiya olaraq ictimaiyyətin də rəyini nəzərə almalıyıq.

Hələ ki Əkrəm üçün başqa cəza üsulu nəzərdə tutmamışıq. Qarşıdakı günlərdə ortaya nə çıxacaqsa, ona uyğun da addımlar atacağıq. Azərbaycandakı məmurlar bir şeyi bilməlidirlər ki, ölkənin milli maraqlarına kim zərbə vuracaqsa, qarışıqlıq salacaqsa, qarşısında bizi görəcək. Ondan sonra düşüb xarici səfirliklərə yalvaracaqlar. Necə ki bu gün Əkrəm Əylisliyə görə qapı-qapı düşüb yalvarırlar ki, onun qulağını kəsməyin. Lazım olan halda dövlətimizin, millətimizin maraqları üçün canımızı-qanımızı da qurban verəcəyik”.

Qeyd edək ki, partiya yaydığı açıqlamada Əkrəm Əylislinin qulağını kəsənə pul mükafatı verəcəyini açıqlamışdı.

Ceyhun

OXŞAR XƏBƏRLƏR