İqtisadçı ekspert Vüqar Bayramov:“Monopoliyanın ləğvi qiymət azalmalarına səbəb ola bilər”
AZXEBER.COM-un məlumatına görə, ekspert Vüqar Bayramov hesab edir ki, neftin dünya bazar qiyməti aşağı qaldıqca bu, Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərmərklə daxildə valyuta qıtlığı yaradacaq. Bu isə manata olan təzyiqin daha artmasına səbəb olacaq.
‘Neftin dünya bazar qiyməti aşağı qaldıqca bu, iqtisadiyyatımıza mənfi təsir göstərmərklə daxildə valyuta qıtlığı yaradacaq. Bu isə manata olan təzyiqin daha artmasına səbəb olacaq. Neftin dünya bazar qiymətinin aşağı qaldığı halda üçüncü devalvasiya gözləniləndir. Əslində, neftin dünya bazar qiymətinin azalması Azərbaycan üçün bütün sahələrə əhatə edəcək islahatların aparılması üçün mesaj olmalıdır. İndiki mərhələdə parallel olaraq iki fəaliyyəti həyata keçirilməsinə ehtiyac var. ÜDM-də xarici borcun payının 20 faiz olduğunu nəzərə alsaq, Azərbaycanın daha 10 milyard dollar xarici borc cəlb etməsi borc asılılığmızı artırmayacaq. Bu xarici borcun payının beynəlxalq maliyyə qurumları tərəfindən tövsiyə edilən həddə olmasına imkan yaradacaq. Qeyd etmək lazımdır, xarici borcun ÜDM-də payına görə Azərbaycan MDB-də ən yaxşı göstəricilərə malik olan dövlətlərdəndir. Bu isə borclanma limitimizin olmasından xəbər verir. Təbii ki, 80-100 milyard dollarlıq borcun alınması ilə bağlı fantastik təkliflər heç bir halda müzakirə edilə bilməz və bu ölkəni ciddi borc asılılığına sürükləyə bilər. Məqbul borclanma valyutaya olan cari tələbin ödənilməsi üçün vacibdir.
Buna parallel olaraq isə xarici ticarət daxil olmaqla iqtisadiyyatın bütün sektorlarındakı monopoliya tamamilə aradan qalıdırlmalıdır. İdxal monopoliyasının ləğvi istehlak bazarında qiymətlərinin bazar tərəfindən tənzimlənməsinə və qiymət azalmalarına səbəb ola bilər. Azərbaycan iqtisadiyyatının tamamilə liberallaşması və elektronlaşması həyata keçirilməlidir. Bu kontekstdən biznesə müdaxilənin xüsusilə də rayonlarda tamamilə aradan qaldlrılması vacibdir. Liberallaşmanın və eləcə də şəffaflığın strateji və dayanıqlı formada dəstəklənməsi üçün Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi sürətləndirilməlidir. Kadr potensialının gücləndirilməsi daxil olmaqla hökumət institutlarını əhatə edəcək struktur islahatıarın genişləndiriıməsinə ehtiyac var. Qeyd edilən hər bir istiqamət üzrə İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən geniş təhlilə əsaslanan dövlət sənədləri hazrılanıb ki, bu da hökumət üçün islahatların genişləndirilməsi üçün elmi-tədqiqi məlumat bazası ola bilər. İslahatlar strateji hədəflərə çatmaq üçün vacibdir. Çünki geniş miqyaslı islahatlar qısa deyil, orta və uzun müddət ölkəyə valyuta daxil olmasına imkan verir. Bu baxımdan, borclanma taktiki, islahatlar isə strateji əhəmiyyət daşımalıdır. Bu halda Azərbaycan neftin dünya bazar qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirlərini minimumlaşdıra bilər’