Son illərdə zorakılıq və silahlı hücumların artdığı Ekvadorda prezident seçkilərinə həftələr qalmış qan donduran hadisə baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensio seçkiqabağı mitinqdən sonra qətlə yetirilib. Ekvadorun hazırkı Prezidenti Gilyermo Lasso siyasətçinin ölümünü təsdiq edib.
Seçkiqabağı mitinq ölkənin paytaxtı Kito şəhərində məktəblərdən birində təşkil edilib. Tədbirdən sonra 59 yaşlı Fernando Vilyavisensio məktəbin binasından çıxdıqda onun başına 3 dəfə atəş açılıb və o, hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığı məlum olub.
Gülay