Qətərdə fəaliyyət göstərən beynəlxalq yayım kanalı Əl-Cəzirə Türkiyə əməliyyatları ilə bağlı mühüm xəbər paylaşıb.
AZXEBER.COM "Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Türkiyənin tələbi istiqamətində Rusiya quru əməliyyatının qarşısını almaq üçün Suriya qüvvələrini və PKK/YPG yaraqlılarını Tel Rifat bölgəsindən geri çəkilməyə razı salmağa çalışır.
İddialara görə,Türkiyə quru əməliyyatına işarə edərək, Suriya hökumət qüvvələrinin Tel Rifatdan çıxarılması üçün Rusiyadan razılığa gəlməsini istəyib.
Türkiyə rəsmiləri "Əl-Cəzirə” telekanalına xəbəri təsdiqləyiblər. Bildirilib ki, Rusiya hərbi əməliyyata alternativ olaraq Suriyanın şimalı ilə bağlı Türkiyənin tələblərini yerinə yetirməyə çalışır.
Qeyd olunub ki, Türkiyə PKK/YPG-ın Mənbic, Kobani və Tel Rifatdan çəkilməsini istəyir.
"Əl-Cəzirə” telekanalı bildirib ki, Ankara Moskvaya tələblərini yerinə yetirmək üçün vaxt verib, əks halda hərbi əməliyyata başlayacaq.
Ayşən