Azərbaycanda strukturlaşmış yeni siyasi güc mərkəzinin yaranacağını gözləmirəm.
AZXEBER.COMxəbər verir ki, bu sözləri “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədriEynulla Fətullayev“Yeni Müsavat” qəzetinə müsahibəsində Eldar Namazovun təsis etdiyi “EL” hərəkatına münasibət bildirərkən deyib. Eynulla Fətullayev “EL” hərəkatı haqqında dedikləri fikirlərinin üstündə qaldığını və həmin hərəkatın siyasi həyata dəyişiklik gətirməyəcəyini bildirib. “Gəl Eldar Namazovun siyasi komandasının tərkibinə baxaq. 80-90-cı illərdə yüksək vəzifələrdə işləmiş şəxslər, eyni zamanda AXC hökumətində təmsil olunan köhnə məmurlar. Bu şəxslər artıq tarixi simalardır. Axı Namazov da, Rüstəm İbrahimbəyov da başqa anons vermişdilər. Onlar deyirdilər ki, komandalarına parlaq gəncliyi, yeni simaları cəlb edərək Azərbaycanın xilas proqramını açıqlayacaqlar. Hanı, kimdir bunlar? Mən orada gənc fəalları görmədim”. “EL” hərəkatının yeni bir siyasi cırtdan olduğunu deyən Fətullayev, Eldar Namazovun öz ətrafında yüz minləri deyil, hətta on minləri də birləşdirə bilməcəyini sözlərinə əlavə edib.