“El Klasiko” öncəsi “Real”da daha bir itki

“El Klasiko” öncəsi “Real”da daha bir itki
İDMAN
15:32 21.10.2025
136
"Real Madrid”in müdafiəçisi David Alaba "El Klasiko”da forma geyinməyəcək.

AZXEBER.COM xəbər verir ki, 33 yaşlı avstriyalı futbolçu "Xetafe”yə qarşı oyunda (1:0) qasıq nahiyəsində zədə alıb və əvəzlənib. Müayinədən sonra onun sağ baldır əzələsində dartılma aşkarlanıb.

Alaba ən azı bir həftə yaşıl meydanlardan uzaq qalacaq və bu səbəbdən bazar günü "Barselona” ilə keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.

"Real Madrid”də müdafiə xətti ilə bağlı vəziyyət getdikcə ağırlaşır — Antonio Rüdiger və Din Huyssen artıq bir müddətdir sıradan çıxıb, Dani Karvahal və Trent Aleksander-Arnold isə hələ də bərpa prosesini davam etdirir.

Qeyd edək ki, Alaba bu mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlər daxil cəmi 4 oyunda iştirak edib.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR