"Real" (Madrid) klubunun əfsanəvi futbolçusu Raul Qonzales ötən gün keçirilən "El Klassiko" haqda fikirlərini bölüşüb.
AZXEBER.COM-un məlumatına görə, "Əl Cəzirə"yə danışan futbolçu 2:2 hesabının ədalətli nəticə olduğunu bildirib:
"Çox gərgin və maraqlı oyun alındı. Təbii ki, "Real"ın qələbə qazanmasını istəyirdim. Ancaq 2:2 hesabı ədalətli nəticə idi. "Barselona" yenə də böyük üstünlük qazanıb. Bununla belə, çempionluq yarışı hələ bitməyib".
Qeyd edək ki, "Barselona" 7 turdan sonra əzəli rəqibi "Real"ı 8 xal qabaqlayır.