"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

İDMAN
18:58 29.12.2022
270
Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Əl-Nəsr" 36 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir.

Klub yayda təcrübəli oyunçu ilə müqavilə imzalamaq niyyətindədir. Ramosun parislilərlə sözləşməsi 2023-cü ilin iyununda başa çatacaq.

Qeyd edək ki, "Əl-Nəsr"in Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunu heyətinə qatacağı gözlənilir. Səudiyyə Ərəbistanı təmsilçisi İngiltərə "Çelsi"sində çıxış edən N Qolo Kante ilə də maraqlanır.
 

OXŞAR XƏBƏRLƏR