El pəhləvanları İdman Klubu İctimai Birliyi, Azərbaycan Dəmir Yolları ASC-nin dəstəyi, "Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin tərəfdaşlığı və ''Azxeber'' İnformasiya Portalının media dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "El Pəhləvanları – Mədəni irsimizə sahib çıxaq!” adlı tədbir keçiriləcək.
Tədbir rəsmi və bədii hissə olmaqla iki hissədən ibarətdir.
İkinci hissədə Azərbaycan pəhləvanı Nurəddin Hüseynov Beyləqanlı bir sıra pəhləvanlıq nümunələri sərgiləyəcək. Pəhləvanlıq nümunəsi olaraq vaqonların dartılması, minik avtomobillərinin əllə saxlanılması və s. olacaq.
Tədbirə bir sıra rəsmi şəxslər, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunub.
Tədbir 10 may 2023-cü il, saat 14.30-da Dəmir Yolu Vağzalında baş tutacaq.