Qəzza sektoruna dair razılaşma Fələstin dövlətinin yaradılmasına və onun İsrail ilə sülh şəraitində mövcud olmasına yol açır.
Bunu Misir Prezidenti Əbdül Fəttah əl-Sisi Şarm-əş-Şeyxdə keçirdiyi mətbuat konfransında bildirib.
"Bu razılaşma İsrail və Fələstin dövlətlərinin sülh şəraitində yanaşı yaşamasını təmin edəcək qərarın həyata keçirilməsinə gətirib çıxaracaq”, – deyə Əl-Sisi vurğulayıb.
/APA