Əlaçı tələbələr mükafatlandırıldı

Əlaçı tələbələr mükafatlandırıldı
17:10 03.04.2013
1231

Azərbaycan Həmkarlar İttifaqı qış imtahan sessiyasının nəticələrinə görə əlaçı olan tələbələrə təqaüd ayırdı.

AZXEBER.COM-un məlumatına görə, bu gün keçirilən tədbirdə Bakıdan və digər bölgələrdən olmaqla ümumilikdə 20 universitetin 60 tələbəsinə bu ilin ikinci yarısı üçün birdəfəlik 300 manat təqaüd verildi.Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Həmkarlar İttifaqının sədri millət vəkili Səttar Mehbalıyev tələbələrə qarşıdakı təhsil həyatında, həmçinin Həmkarlar İttifaqının fəaliyyətində uğurlar arzulayıb.O, Həmkarlar İttifaqı Təşkilatı tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlər barədə də məlumat verib.Qeyd edək ki, tələbələrdə elmə və təhsilə marağın artırılması məqsədilə 1995-ci ildən Azərbaycan Həmkarlar Ittifaqı Respublika Komitəsini adlı təqaüdü təqdim edilir. O vaxtdan bu günədək 1500-dən artıq tələbə bu təqaüddən yararlanıb.

OXŞAR XƏBƏRLƏR