Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO
SİYASƏT
20:33 30.11.2021
548
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artilleriya bölmələri "Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb.

Döyüş şəraitinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilən taktiki təlimlərdə bölmələrin uzlaşmasına və səhra vərdişlərinin yüksəldilməsinə, taktiki və atəşlə manevrinə geniş yer verilib.

"Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası zamanı artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda keçirilən təlimlərdə müdafiə olunan bölmələrimizin atəş dəstəyi həyata keçirilib, ən uzaq hüdudlarda pilotsuz uçuş aparatları və digər kəşfiyyat vasitələri ilə aşkar edilmiş düşmən hədəfləri məhv edilib.

Tank təhlükəli istiqamətdə tankəleyhinə batareyalar və düzünə tuşlamaya çıxarılmış toplar şərti düşmənin zirehli texnikalarını sıradan çıxarıb.

Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə batareyaları praktiki atışlardan öncə Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğularında müvafiq tapşırıqları icra edib. Təlimlər zamanı Vətən müharibəsində düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetirmiş Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə bölmələrinin döyüş təcrübəsi gənc heyətlərə öyrədilib, virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atışın idarəolunması həyata keçirilib.

Təlimlərin sonunda bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
03:46 11.10.2026
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər