Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib - FOTO

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib - FOTO
SOSİAL
15:00 06.04.2023
114
"Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na uyğun olaraq tabelikdə olan birləşmə və hissələrlə ərazidə komanda-qərargah təlimi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən verilən məlumata görə, təlimin ilkin mərhələsində birləşmə, hissə və bölmələrin təlim döyüş həyəcan siqnalı ilə qaldırılaraq döyüş təyinatı rayonlarına çıxarılması və döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər yerinə yetirilib.

Döyüş təyinatı rayonlarında əsas diqqət birləşmə, hissə və bölmələrin ərazidə maskalanmasına, müdafiə və mühafizəsinə, xüsusilə düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə tədbirlərinin icrasına yönəldilib.

Təlimin əməliyatların planlaşdırılması mərhələsində yaranmış taktiki şəraitə uyğun olaraq qərargahlar tərəfindən əməliyat şəraiti qiymətləndirilib, tabelikdə olan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib.

Planlaşdırmanın gedişində qərargahlar tərəfindən komandirlərin çevik qərar qəbuletməsi və bölmələrin idarə olunması üçün taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanıb. Alınan qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.

Təlimin gedişində hava hücumundan müdafiə bölmələri şərti düşmənin aviasiya vasitələrinin aşkarlanması və izlənməsi üzrə praktiki fəaliyyətləri yerinə yetirib.
 

 

 

 

 

 

 



Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində xüsusi təyinatlı qruplar tərəfindən düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın keçirilib. Mövqelər ələ keçirildikdən sonra irəliləmə marşrutlarında şərti düşmənin yaxınlaşan ehtiyatlarına pusqular qurularaq hərəkətləri məhdudlaşdırılıb və irəliləməsinin qarşısı alınıb.

Yaranmış vəziyyətdən yararlanaraq mexanikləşdirilmiş bölmələr artilleriya atəşinin dəstəyi ilə düşmənin müdafiəsinin dərinliyinə irəliləyərək əlverişli hədəfləri ələ keçirib.

Taktiki fəaliyyətlərin icrasında komandirlər tərəfindən bölmələrin düzgün və dəqiq idarə edilməsinə və əməliyyatlar zamanı tabelikdəki bölmələrin fasiləsiz olaraq bütün növ təminatlarla təmin olunmasına xüsusi diqqət yetirilib.
Təlimin kompüter dəstəkli mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.

Xüsusi təyinatlı, artilleriya, hava hücumundan müdafiə, rabitə, təminat və mexanikləşdirilmiş bölmələrin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimdə qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Əlahiddə Ümumqoşun Ordunun Döyüşü İdarəetmə Mərkəzində yaradılan monitorinq qrupunun təhlili zamanı təlimin gedişində qoşunların hərəkəti ilə bağlı sosial şəbəkələrdə heç bir videomaterialın yayımlanmadığı müşahidə edilib. Əlahiddə Ümumqoşun Ordu komandanlığı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların qorunmasına diqqət göstərən əhaliyə təşəkkürünü bildirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb