Avstralyanın Queensland əyalətindəki Lonqriç qəsəbəsində restoran sahibi müsəlmaları qəzəbləndirib.
ANS PRESS-in məlumatına görə, “Qartal yuvası" adlandırılan restoranın lövhəsinə yazılanlar qəsəbənin müsəlman ictimaiyyətinin etirazına səbəb olub.
Restoranın sahibi Con Havkes iş yerinin önündəki gündəlik menyuların yer aldığı lövhəyə belə yazıb: ''2 min il əvvəl Həzrəti İsa suyu şəraba dəyişdirib. Ənənə davam edir və biz də pulu piyvəyə çeviririk. Üzr istəyirik, müsəlmanlar girə bilməz".
Helen Day adlı qəsəbə sakini lövhədəki yazının şəklini çəkib sosial mediada paylaşmaqla məsələnin daha da böyüməsinə səbəb olub. Restoran sahibi bu elana görə, 200 telefon zəngi aldığını deyir: "Bunlardan çoxu etiraz edənlər olsa da, məni dəstəkləyənlər də var idi".
O, hərəkətinin etiraza səbəb olacağını düşünmədiyini, yazının lövhədə 9 saat qaldığını dilə gətirib. Havkes yazını hansı məqsədlə yazdığını açıqlamayıb.
Təxminən 3 min sakini olan qəsəbənin bələdiyyə başçısı Coy Avens hadisədən təəssüfləndiyini deyib: "'Longriç hər inanca açıq bir yerdir. Belə bir problemin yaşanması təəssüfedicidir".