Bakıda taksi sürücülərini aldadan şəxs tutuldu - VİDEO

Bakıda taksi sürücülərini aldadan şəxs tutuldu - VİDEO
SOSİAL
10:09 06.12.2022
155
Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs müəyyən edilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.

O sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə "əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.

Araşdırmalar Səbail RPİ 9-cü Polis Bölməsində aparılır.
OXŞAR XƏBƏRLƏR