Əlçatmaz avtoritet, yoxsa qayğıkeş ata?

Əlçatmaz avtoritet, yoxsa qayğıkeş ata?
SOSİAL
11:54 28.08.2016
2742

Sevil Amilin yazısı...

Atamın halı pisləşmişdi. Həyatının sonuna cəmi bir həftə qalmışdı. Odur ki, mümkün qədər çox vaxtımı onun yanında keçirirdim. Biz həmişə mehriban münasibətlərdə olmuşuq. Buna görə xəstəxanada sadəcə onun yatağının yanında oturub onunla söhbət etmək hər ikimizə xoş təəssüratlar bəxş edir və hər ikimiz üçün əhəmiyyət kəsb edirdi.

Həyatının son günlərindən biri idi. Hələ də rahat danışa bilirdi və mənə əvvələr heç vaxt danışmadığı bir hekayəni danışmağa başladı. Məni doğum evindən evə gətirəndən sonra, atam məni uşaq arabasında gəzdirib. Həmin vaxt anam istirahət edirmiş. Atam məni arabada əsas küçəyə qədər aparıb. 1953-ci il idi. Atam Yorkşir küçələrindəki insanların davranışında bir qəribəlik sezib. Bəziləri onu qınayır, bəziləri qaşqabaqla baxır, bəziləri isə onu barmaqla göstərirdi.

Sonra küçədəki oğlanlar onun arxasınca qışqırmağa başlayıblar. Hekayənin bu yerində o susdu. Düşündüm ki, bəlkə o morfinin təsirindən bu hala düşdü və ya bütün bunları xatırlamaq onun üçün çox acı idi.

"Ata, onlar nə deyirdilər?" - soruşdum. Atamın səsi titrədi və o, şimal ləhcəsi ilə sözünə davam etdi. Sanki onların sözlərini canlandırmaq istəyirdi. Atamın gözləri yaşla doldu və o, dedi: "Sənin atan analıq edir." O bu sözləri yenidən təkrarladı. Təbiət etibarilə utancaq olan atam həddi aşdığını düşünüb və evə qayıdıb.

Araya sükut çökdü. Mən deməyə bir söz axtarırdım. Ona dedim ki, o, həmişə çox yaxşı ata olub, həmişə bizimlə oynayıb, şənlənib və ətrafdakı atalardan çox fərqlənib. Məni havaya necə atıb-tutduğunu, saçlarımı necə sığalladığını hələ də xatırlayıram. Atam bu hekayəni mənə danışdıqdan sonra sanki hüzurlu görünürdü.

Lakin, atamın hekayəsi məni illərlə narahat etdi. O, bilirdi ki, mən yaxşı atalığın tərəfdarıyam və əlbəttə bu hekayəni mənə buna görə danışmışdı. O, mənə demək istəyirdi ki, "Mən heç olmasa cəhd etdim".

Mənə elə gəlir ki, bu söhbət yalnız atama aid deyil. 20-ci əsrin ataları uşaqlarına daha bağlı olub və onlara yaxından köməklik göstərməyə çalışıblar. Lakin, cəmiyyət onları utandırıb, pərt edib. Onlar da məcbur qalaraq qollarını çarpazlayıb ciddi sifət almalı olublar. Onların qızları və oğulları isə ömür boyu atalarının onlara qarşı hisslərindən xəbərsiz olublar.

Bəlkə də bu sərtlik o dövrkü şəraitdən qaynaqlanırdı. O vaxtlar müharibə aclığa, yoxsulluğa, çoxlu sayda insanın həlakına səbəb olmuşdu. Lakin, mən düşünürəm ki, biz sadəcə çox dəyərli bir məfhumu itirmişdik.

Çoxsaylı tədqiqatlar onu göstərir ki, ata sevgisi uşaqların güclü və xoşbəxt böyüməsinə kömək olur. Atalarının yaxşı insan olduqlarını görən oğlanlar onlardan nümunə götürmək istəyir, özlərinə əmin böyüyür, güclü motivasiyaya malik olurlar. Qızlar isə özlərinə hörmət etməyi, zəkaya və cinsi cazibəyə düzgün dəyər verməyi öyrənirlər. Qadınlar yaxşı ataları sevirlər. Onlar çox vaxt bu cür həyat yoldaşı arzusunda olurlar.

20 il bundan əvvəl "Oğul yetişdirmək" kitabını qələmə alanda, mən həmin dövrdə bütün dünyada yayılmış "ata ilə keçirilən vaxtla" bağlı tədqiqatlarla tanış oldum. 1990-cı illərdə, bir ata öz uşağı ilə oynamağa və danışmağa orta hesabla yalnız 8 dəqiqə sərf edirdi (birlikdə televizor izləməyi nəzərə almırıq).

Sevindirici məqam odur ki, o ataların oğulları bu stereotiplərə düzəlişlər ediblər və bu gün onlar öz uşaqları ilə üç dəfə daha artıq vaxt keçirirlər. Müasir gənc atalar öz uşaqlarına daha yaxın olmağı və onlara qarşı daha qayğıkeş olmağı seçiblər.

Qayğıkeş atalar indi normadır. Bir neçə gün əvvəl mən Yorkşirə getmişdim. Küçələr uşaq arabaları sürən atalarla dolu idi. Atam bu mənzərəni görsəydi, fəxr edərdi... /// qaynarinfo

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır