Əlcəzairli boksçu İmane Xelif sosial şəbəkələrdə haqqında çıxan cinsiyyət dəyişdirməsinə dair xəbərlərə qarşı hüquqi müstəvidə mübarizəyə başlayıb.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, 25 yaşlı Xelif Paris Olimpiadası zamanı məruz qaldığı kiber təcavüzə görə Fransa hakimiyyətinə şikayət edib.
Xelifin şikayət ərizəsində "Harri Potter" əsərinin müəllifi Rouling və milyarder İlon Maskın adlarının yer aldığı məlum olub.
Qeyd edək ki, Xelifin italyalı rəqibi Angela Carini ilə matçından sonra rəqiblər Xelifin olimpiadanın qadın boks kateqoriyasında yarışmağa layiq olub-olmadığını şübhə altına alaraq, onlayn olaraq ona nifrət dolu şərhlər yağdırıblar. Çox sayda insan Xelifin qadın doğulduğunu, pasportunda qadın kimi qeyd edildiyini və heç vaxt transseksual olmadığını müəyyən etmədən onu kişi olmaqda ittiham ediblər.
Britaniyalı yazıçı Roulinqun şərhlərdə Xelifi "başına yumruq vurduğu qadının ağrısından həzz almaqda” ittiham edərkən, Mssk isə üzgüçü Rayli Qeynsin Xelifi hədəf olaraq yazdığı "kişilərin qadın kateqoriyasında yeri yoxdur" deyən yazısına cavab olaraq "Tamamilə doğrudur" şərhini yazması onları məhkəməlik edib.
Əgər prokurorluq bu qanuna əsasən adı çəkilən şəxsləri ittiham edərsə, onları iki ildən beş ilədək həbs cəzası və on minlərlə avro cərimə gözləyir.
Aysel