Elçibəyin əkiz nəvələrinin şəkli YAYILDI

Elçibəyin əkiz nəvələrinin şəkli YAYILDI
SOSİAL
16:41 31.12.2025
174
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının şəklini paylaşıb.

Uşaqlardan biri oğlan, digəri qızdır.

Əkizlər bu il martın 26-da dünyaya gəlib. Bakı Sağlamlıq Mərkəzində vaxtından əvvəl doğulan körpələr bir müddət küvəzdə saxlanılmışdılar. 

Ərturqut Əliyev oğluna Ərtuqay, qızına isə Aynaz adı qoyub.

Xatırladaq ki, Elçibəyin oğlu Ərturqut Əliyev 2021-ci ildə atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə ailə həyatı qurub.
//modern.az
OXŞAR XƏBƏRLƏR