Bu gün mərhum eks-prezident, AXC(P)-nin ilk sədri Əbülfəz Elçibəyin vəfatı günüdür.
AZXEBER/COM xəbər verir ki, Ə.Elçibəy uzun sürən xərçəng xəstəliyindən sonra 2000-ci ilin avqust ayının 22-də Türkiyədə dünyasını dəyişib.62 yaşında vəfat edən Ə.Elçibəyin məzarı I Fəxri xiyabandadır.Qeyd edək ki, Azərbaycan milli-azadlıq hərəkatın liderlərindən biri olmuş mərhum Ə.Elçibəy sonradan partiyaya çevrilən AXC-nin ilk sədri kimi 1992-ci ilin iyun ayında keçirilən prezident seçkilərində namizəd kimi iştirak etmiş və namizədlər arasında ən çox səs toplayaraq, ölkə Prezidenti seçilmişdi.Prezident seçildikdən cəmi bir il sonra - 1993-cü ilin iyununda isə Gəncədə baş verən “4 iyun qiyamı” ilə bağlı vəzifəsindən kənarlaşdırılmış və həmin vaxtdan 1997-ci ilə kimi doğma kəndi Kələkidə yaşamışdı.1997-ci ildən yenidən Bakıya dönmüş və dünyasının dəyişənəcən AXCP-nin sədri vəzifəsini davam etdirmişdi.Allah rəhmət etsin!