Elçin 2 aya 28 kilo arıqladı: "Problemlər yaranırdı" - FOTO

Elçin 2 aya 28 kilo arıqladı: "Problemlər yaranırdı" - FOTO
MAQAZİN
14:40 14.05.2018
6325
Azərbaycanlı müğənni Elçin Hüseynov xüsusi pəhriz sayəsində 2 aya 28 kilo arıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Lent.az-a ifaçının özü məlumat verib.
 
O, bildirib ki, arıqlamaq prosesi hələ davam edəcək: "Ümumiyyətlə, səhnə adamı daim formada olmalıdır. Mən də daim formada qalmağa çalışmışam. Bəzən bu alınıb, bəzənsə iradəsizlik göstərmişəm. Amma 2 ay öncə özümə söz verdim ki, mütləq arıqlamalıyam. Çünki köklük məndə problemlər yaradırdı. 28 kilo arıqladım, amma "stop” deməyəcəm. Bir neçə kilo da verməyi düşünürəm”.
 

OXŞAR XƏBƏRLƏR