“Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” - Vəkil danışdı

“Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” - Vəkil danışdı
MAQAZİN
14:57 16.03.2019
5738
Son günlər media gündəmini zəbt edən müğənni Aysel Əlizadənin də adı hallan ailə münaqişəsi ilə bağlı ittiham olunan iş adamı Elçin Nəcəfovun vəkili iddialara münasibət bildirib.

AZXEBER.COM bildirir ki, vəkil Xəyal Bəşirov qafqazinfo-ya açıqlamasında bildirib ki, müvəkkili E.Nəcəfov və Turanə Nəcəfova 2004-cü ildə rəsmi nikaha daxil olublar, 2 il əvvəl isə rəsmi olaraq boşanıblar:

"Elçin Nəcəfovun ailəsinin nikahını pozan müğənni Aysel Əlizadə deyil. Bu iddia əsassızdır, elə olsaydı, onlar bu iki il ərzində evlənərdilər. Hazırda Aysel Türkiyədə, Elçin isə Bakıda yaşayır. Bu da sübut edir ki, bu iki şəxsin ən azından bu gün münasibəti yoxdur".

X.Bəşirov uşaqların qəyyumluğu ilə bağlı da danışıb:

"Ali məhkəməyə qədər uşaqların anada qalması qərarı qüvvədə olub. Məhkəmə prosesi zamanı böyük uşağın 9 yaşı var idi, ama indi 11 yaşı var. 2018-ci il oktyabrın 1-də Zeynəbin 10 yaşı tamam oldu, qərar isə oktyabrın 18-də verildi. Qanunvericiliyə görə, uşağın 10 yaşı tamam olduqdan sonra özünün fikir mütləq dinlənilməli və nəzərə alınmalıdır. Amma Ali Məhkəmədə bu nəzərə alınmayıb. Zeynəb aşağı isntansiya məhkəmələrində də anasından qorxduğunu, onu istəmədiyini deyib. İndi də atası ilə qalmaq istədiyini bildirir. Sadəcə, həmin zaman 10 yaşı tamam olmadığı üçün fikri nəzərə alınmayıb. Uşağın 10 yaşı tamam olduqdan sonra biz yeni iddia qaldırdıq və hazırda Nərimanov rayon məhkəməsində iş gedir. Zeynəbin anasına verilməsinin icra olunmamasına gəldikdə isə biz yeni iddia qaldırdığımız üçün qərarın icra olunması məcburi dayandırılıb. Bu qanunun tələbidir.

Qarşı tərəf icra məmurlarının öhdəliklərini yerinə yetirmədiyini deyir, ama həmin məmurlar Elçin Nəcəfovdan 15 gün ərzində 10 min manata yaxın aliment tutub qarşı tərəfə ödəyiblər".

Vəkil müvəkkilinin biznesi və varidatı haqda da açıqlama verib:

"Elçin Nəcəfovun avtosalonu yoxdur, sadəcə obyekt icarəyə götürüb işlədir. Maşınını satmaq istəyən şəxslərin avtomobillərini həmin salona qoyaraq satışını təşkil edir. Onun tikinti şirkəti olması, Ayselə "Porshe" alması yalan məlumatdır. Elçin Nəcəfov milyonçu deyil, o maşın da Ayselin özünündür.  Məhkəmədə mülkiyyətin bölüşdürülməsi zamanı da Elçin Nəcəfovun varidatı rəsmi olaraq ortaya çıxdı. Cəmi iki əmlak müəyyən olundu. Bakıdan kənarda yerləşən torpaq sahəsi və "kupça"sı olmayan mənzil var idi. Biz  qarşı tərəflə razılığa gəldik ki, Türanə Nəcəfovaya bir mənzil alınacaq və bununla da barışıq sazişi imzalandı".

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və onu ailəsini dağıtmaqda ittiham etmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə avtomobil 3 piyadanı vurub
23:57 18.03.2025
Gəncədə avtomobil 3 piyadanı vurub
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
23:42 18.03.2025
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
23:38 18.03.2025
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
23:26 18.03.2025
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
23:18 18.03.2025
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
23:04 18.03.2025
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
22:54 18.03.2025
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
22:45 18.03.2025
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
22:27 18.03.2025
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
22:15 18.03.2025
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
22:06 18.03.2025
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
21:56 18.03.2025
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
21:36 18.03.2025
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
21:21 18.03.2025
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
21:18 18.03.2025
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR
21:09 18.03.2025
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR