Sevgi nəğmələrinin ən gözəl ifaçılarından olan Elçin Cəfərov yeni mahnısını dinləyicilərə təqdim edib.
AZXEBER.COM xəbər verir ki, mahnı "Bir şans" adlanır.
Musiqisi Elçinin özünə aid olan mahnının sözləri Rafael Şabanova, aranjimanı isə Tərlan Məmmədhüseynova məxsusdur.
Müğənni "Hər kəsin arzularına çatmaq üçün bir şansa ehtiyacı var. Bəzən o şansı gözləyirik, bəzən isə özümüz yaradırıq. Bu mahnı da məhz o anları əks etdirir – bizə verilən və ya özümüz yaratdığımız imkanları. Ümid edirəm ki, bu mahnı sizə ruh yüksəkliyi verəcək. Gəlin birlikdə dinləyək – "Bir Şans” sizin üçün!" sözləri ilə mahnını sevənlərinin ixtiyarına verib.
Elçinin toy abu-havalı fotolarının müəllifi isə fotoqraf Elgün Zamandır .
Onu da qeyd edək ki, mahnı bu gündən bütün musiqi platformalarında yayımdadır.
Aysel