Azərbaycanlı müğənni Elçin Cəfərov iyulun 15-də “Park Bulvar”da sevənləri ilə görüş keçirəcək. AZXEBER.COM-un məlumatına görə, sənətçi həmin gün pərəstişkarlarını əli boş da yola salmayacaq. Sevilən müğənni xaxın günlərdə baş tutacaq görüş barəsində da öz fikirlərini bölüşüb: “Sonuncu dəfə işıq üzü görən “Dilimin ucunda” mahnım hər kəs tərəfindən bəyənilib. Görüşdə sevənlərimə imzalanmış, içərisində "Dilimin ucunda" mahnısının yer aldığı albomumu bağışlayacam”.Ozal İbrahimli