Ötən gün Elçin Cəfərovun yeni albomunun təqdimat mərasimi keçirildi.AZXEBER.COM-un məlumatına görə, gözlənilən vaxtdan təxminən 1 saat gec başlayan təqdimat, “Bakı Caz Mərkəzi”ndə baş tutdu. Şou-biznes nümayəndələrinin bir çoxunun qatıldığı təqdimat mərasimində Elçin Cəfərov canlı ifaları ilə də yadda qaldı. Şou əhlinin çox bəyəndiyi, sözləri Azər Şirinə, musiqi isə Tərlan Məmmədhüseynov və Elçin Cəfərova aid olan “Yadına sal” adlı mahnının klipi də qonaqlar tərəfindən müsbət qarşılandı. “Elçin mənim gənc həmkarlarımdandır. Onun özünə və sənətinə hörmətlə yanaşıram. Klipini də çox bəyəndim” deyən Faiq Ağayev, sənət yoldaşını tərik etdi. Elçinini çox istedadlı müğənni sayan Zamiq, “Mən onu uşaqlıqdan tanıyıram və bilirəm ki, necə bir əziyyətlə gəlib bu yerə çatıb. Albomuna söz ola bilməzdi. Klip də ki, çox xoşuma gəldi” deyərək ona uğurlar arzu etdi.Təqdimat mərasiminin aparıcısı olan İlkin Həsəni isə, “Biz düşünmüşdük ki, təqdimat 2-3 saat davam edər. Ancaq toyun belə olmadığı vaxtlarda (gülür) harasa tələsənlərin olması daha tez bitməsinə səbəb oldu. Ancaq vaxtın bir qədər qısa olmasına baxmayaraq bütün nəzərimizdə tutduğumuz planları həyata keçirə bildik” deyə gənc müğənniyə daha yüksəklərdə olmasını arzu etdi. Elçin Cəfərovun mahnı sözlərinin əksəriyyətinin müəllifi olan Azər Şirin də öz ürək sözlərini AXEBER.COM-la bölüşdü: “Elçin qardaşımın uğuruna çox sevinirəm. Bu onun 2-ci albomunun tədimatı idi. Mən bu görülən işlərdə özümün o qədər də əməyi olduğunu düşünmürəm. Görülən işlər hər birimizin əməyidir. Biz hər zaman çalışırıq ki, keyfiyyətli iş görək. Gün gələcək Elçin Cəfərov Azərbaycan estradasında iz qoyub gedəcəcək”.Günün səbəbkarı isə, “Bu gündən sonra daha çox işləmək, daha çox oxumaq, zövqlərə oxşamaq lazımdır. Mənim işim budur. Başqa işlər mənlik deyil. Dostlarıma da məni bu günkü günümdə tək qoymadıqları üçün çox sağ ol deyirəm. Düzdür gəlməyənlər də oldu. Ancaq bu mənim üçün o qədər də əhəmiyyyətli deyil” deyərək, növbəti addımımı konsert verərək atmaq istəyirəm. İnşallah o da uğurla həyata keçər.
Ozal İbrahimli