Müğənni Elçin Cəfərov qayınanası, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlını ad günü münasibətilə təbrik edib.
AZXEBER.COM xəbər verir ki,bu haqda Tənzilə Rüstəmxanlı "instagram” hesabında məlumat verib.
O, Elçinlə fotosunu yayımlayaraq diqqəti üçün müğənniyə təşəkkür edib.
Xatırladaq ki, müğənni Elçin Cəfərov 2016-cı ildə keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının qızı Aydanla ailə həyatı qurub. Onların Can adlı bir oğlu var.
Aysel