Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb
SİYASƏT
20:51 11.04.2025
433
Azərbaycan sülh sazişinin imzalanması üçün əmin olmalıdır ki, Qarabağa iddialardan imtina təkcə Ermənistan hakimiyyətinin yanaşması deyil, həm də bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyini əks etdirir.
 
Bunu Braziliyanın "Folha de S.Paulo” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, sülh sazişinin mətni üzrə razılaşma mühüm mərhələni əhatə edir, lakin bu, hərtərəfli nizamlanma yolunda yalnız ilkin addımdır.

"Razıyam ki, sülh sazişinin mətni üzrə danışıqların başa çatması çox mühüm mərhələdir. Amma mahiyyət etibarı ilə o, (sülh prosesini nəzərdə tutur – red.) daha geniş məfhumdur. Deyərdim ki, bu, iki fəsildən ibarət kitab kimidir və bütün kitabı oxuduğunuzu demək üçün hər iki fəsli oxumaq lazımdır. Birinci fəsil başa çatıb, çünki Azərbaycanın hazırladığı və Ermənistana təklif etdiyi sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən çox vaxt sərf etdik. Bu nəticəyə nail olmaq üçün kifayət qədər siyasi iradə və çeviklik nümayiş etdirdik. Lakin hər şeyin artıq edildiyini və sadəcə imza qaldığını düşünmək düzgün olmazdı. Kitabın ikinci fəsli qalmaqda olan iki əsas maneəyə həsr olunub”, - Prezidentin nümayəndəsi vurğulayıb.

Sülh sazişinin imzalanmasına əsas maneələrdən danışan Əmirbəyov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu, o cümlədən ATƏT-in bir sıra lazımsız institutlarının (Minsk Qrupu) hələ də varlığını qorumasını bu baxımdan xüsusi vurğulayıb.

"Deyərdim ki, bu şərtləri yeni və ya süni adlandırmaq ədalətsizlik və qeyri-dürüstluk olardı. Çünki biz iki ildən artıqdır ki, buna nail olmağa çalışırıq. Hesab edirik ki, Ermənistan Konstitusiyasından sülh sazişinin mətninə və ruhuna zidd olan məqamları çıxarmaq lazımdır. Biz gələcəkdə kiməsə bu münaqişəyə qayıtmaq üçün nəzəri şans belə vermək istəmirik. Ermənistan səmimiyyətlə sülh sazişi bağlamaq istəyirsə, Konstitusiyasının bu hissəsini dəyişdirmək üçün lazım olan hər şeyi etməlidir”, - o söyləyib.

Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən artıq vaxt lazım olub.

"İndi o, bir kənarda qalır və biz gözləyirik. Top Ermənistandadır. Onlar bizi əmin etməlidirlər ki, Qarabağa olan iddialarından birdəfəlik imtina ediblər. Özü də təkcə hökumət deyil, bütünlükdə Ermənistan xalqı. Çünki bizim üçün bu sazişi təkcə baş nazir Nikol Paşinyan hökuməti ilə imzalamamaq vacibdir. Erməni xalqı Qarabağa iddialarından imtina etməyə hazır deyilsə, hansı sülhdən danışmaq olar?!”, - Əmirbəyov sözlərinə əlavə edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:26 18.04.2025
Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
Azərbaycan Ordusunda İLK: Valideynlər və hazırda xidmətdə olan əsgərlərin DİQQƏTİNƏ
22:20 18.04.2025
Azərbaycan Ordusunda İLK: Valideynlər və hazırda xidmətdə olan əsgərlərin DİQQƏTİNƏ
Tramp: Ukraynada vəziyyət nizamlanmağa doğru gedir
21:54 18.04.2025
Tramp: Ukraynada vəziyyət nizamlanmağa doğru gedir
Mingəçevirdə kişi atasının məzarı yanında yaralı halda tapıldı - VİDEO
21:52 18.04.2025
Mingəçevirdə kişi atasının məzarı yanında yaralı halda tapıldı - VİDEO
İtaliyada daşqın və torpaq sürüşməsi: Ölənlər var
21:45 18.04.2025
İtaliyada daşqın və torpaq sürüşməsi: Ölənlər var
Giriş məlumatlarınız oğurlana bilər - DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi
21:27 18.04.2025
Giriş məlumatlarınız oğurlana bilər - DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi
Boltun rekordunu qırdı
21:21 18.04.2025
Boltun rekordunu qırdı
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
21:16 18.04.2025
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış-Video
21:02 18.04.2025
Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış-Video
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
20:50 18.04.2025
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
"WhatsApp"dan yenilik
20:33 18.04.2025
"WhatsApp"dan yenilik
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar- FOTOLAR
20:26 18.04.2025
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar- FOTOLAR
Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
20:15 18.04.2025
Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
19:57 18.04.2025
Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
19:49 18.04.2025
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarılıb
19:37 18.04.2025
Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarılıb