Elçin Əmirbəyov: "Paşinyan çirkin cinayətlərinə görə cavab verəcək"

Elçin Əmirbəyov: "Paşinyan çirkin cinayətlərinə görə cavab verəcək"
SİYASƏT
14:50 14.10.2020
683

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov "Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində Türkiyə və Azərbaycan tərəfindən Yaxın Şərqdən muzdluların, cihadçıların cəlb edilməsi ilə bağlı iddiaları bir daha rədd edərək bu şayiələri yalan, heç bir əsası olmayan və dünya ictimai fikrini qəsdən yanıldan adlandırıb.

AZXEBER.COM xəbər verir ki, Ermənistanın PKK-dan və Kürd Vətən İttifaqından minlərlə terrorçunu, həmçinin bir sıra Avropa ölkələrinin, ABŞ-ın və Yaxın Şərqin vətəndaşı olan erməni əsilli muzdlu və silahlıları cəlb etdiyini bildirən E.Əmirbəyov Azərbaycana qarşı yenidən ikili standartların tətbiq edildiyini vurğulayıb və onların günahı başqasının boynuna atmaq cəhdinin göz qabağında olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycanı ittiham edən tərəflərdən heç biri yuxarıda göstərilən iftiraları təsdiqləyən ən azı bəzi dəlillər təqdim etmədilər, necə ki, açıq-aydın yalanlara görə üzr istəmək üçün özlərində cəsarət tapmadılar.

Atəşkəs perspektivlərinə gəldikdə, E.Əmirbəyov qeyd edib ki, Bakı xoş niyyətini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdarlığını nümayiş etdirərək Rusiya paytaxtındakı görüşdə iştirak etdi və Moskva bəyanatına qatıldı. Ermənistan isə danışıqlar masasına qayıtmaq və hərbi təcavüzünü dayandırmaq istəyinin, niyyətinin olmadığını bir daha nümayiş etdirdi. Üstəlik, öz ərazisindən Gəncə şəhərinin mülki əhalisini gecə xaincəsinə atəşə tutmaqla Ermənistan bəşəriyyətə qarşı cinayət və Azərbaycan xalqına qarşı da növbəti soyqırımı aktını törətdi. Mülki əhaliyə qarşı "Elbrus” (SKAD) qanadlı raketinin istifadəsi 1949-cu il dördüncü Cenevrə Konvensiyasına görə hərbi cinayətdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir.

Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, bu yolla Paşinyan beynəlxalq müharibə cinayətləri tribunalında Ermənistan rəhbərlərinin "gözləmə siyahısına” əlavə olundu. Gec-tez o da sələfləri kimi ədalət qarşısına çıxacaq və çirkin cinayətlərinə görə cavab verəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
08:06 12.10.2026
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
07:54 12.10.2026
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
07:43 12.10.2026
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
07:28 12.10.2026
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
07:10 12.10.2026
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”