Elçin Əmirbəyov: "Sülh prosesində Ermənistan səmimi şəkildə nəticəyə köklənməlidir"

Elçin Əmirbəyov: "Sülh prosesində Ermənistan səmimi şəkildə nəticəyə köklənməlidir"
SİYASƏT
11:51 28.12.2023
441
"Sülh yaxındır, Ermənistan yenə də bu sülhün ona gətirəcəyi faydaları dərk etməli və səmimi şəkildə nəticəyə köklənməlidir”.

Bu sözləri İngiltərənin "The Guardian” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.

Əmirbəyov vurğulayıb ki, sülh prosesinin bu həlledici mərhələsində, bütövlükdə tərəflərin sülh sazişi üzərində razılıq əldə etməsinə yaxınlaşdığı bir vaxtda İrəvanın konkret nəticələrə nail olunmasına səmimi şəkildə köklənməsi zəruridir.

O daha sonra bildirib ki, ötən həftə Bakı sülh sazişi mətninin son variantını Ermənistan tərəfinə verib və hazırda İrəvanın göstərilən təkliflərə cavabını gözləyir.

"Ermənistan Azərbaycanla sülhün ona gətirəcəyi bütün faydaları tam şəkildə dərk etməli və nəhayət, sülh prosesinin pozulmasına və Azərbaycanla hərbi qarşıdurmanın yenidən başlanmasına yönəlmiş bütün zərərli illüziyalardan və destruktiv yanaşmalardan əl çəkməlidir”, - deyə Elçin Əmirbəyov qeyd edib.
Prezidentin nümayəndəsi Bakı tərəfindən hazırlanan sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi diqqətə çatdırıb və eyni zamanda qeyd edib ki, sərhədin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəb xarakterli olması və çox vaxt tələb edəcəyi nəzərə alınaraq daha sonrakı mərhələdə həll oluna bilər.

Elçin Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğulayıb ki, Azərbaycan bu məsələdə kənardan hər hansı müdaxilə olmadan Ermənistan-Azərbaycan komissiyasının yaradılması ideyasına üstünlük verir.

"Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən alternativ marşrutun, orta dəhlizin yaradılması kontekstində deyil, həmçinin öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi nəzərdən keçirir. Bu mənada bölgədə baş verən hadisələr göstərdi ki, üç il səbirlə Ermənistandan cavab gözləyən Bakı artıq vaxt itirmək niyyətində deyil. Ermənistan Zəngəzur dəhlizinin yaradılmasının onun üçün faydasını dərk edə bilmədiyi, Azərbaycan tərəfindən ona qarşı gözlənilən "təcavüz” barədə absurd narrativlər yaymağa davam etdiyi və bundan sonra da regional dalana dirənməkdə inadkarlıq göstərdiyi halda, Bakı konkret addımlar atılmasına və yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin qonşu İran ərazisindən yaradılmasına üstünlük verərək "B planı” adlandırılan layihənin həyata keçirilməsinə başlayıb”, - deyə Elçin Əmirbəyov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir