Elçin Mirzəbəyli: "Ermənistanda baş verənlər ənənəvi erməni isterikasıdır"

Elçin Mirzəbəyli: "Ermənistanda baş verənlər ənənəvi erməni isterikasıdır"
Siyasət
16:15 23.11.2018
5012

"Əslində Ermənistan ənənəsinə uyğun şəkildə davranır və buna əsas verən amillər də var. Bundan öncə də Ermənistan müxtəlif qütblər arasında manipulyasiya edib, gah Rusiya, gah Qərb tərəfə üz tutması ilə bağlı davranışları son nəticədə onun hərbi-siyasi müttəfiqi olan Rusiya tərəfindən birmənalı şəkildə qiymətləndirilməmişdir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Ermənistan hesab edir ki, o istənilən manevri edə bilər və nəticədə onun manevrləri əməkdaşları, yaxud müttəfiqləri tərəfindən birmənalı şəkildə, anlayışla qarşılanacaq: "Ermənistanın düşünür ki, onun bütün davranışlarına göz yumacaqlar. Bu Ermənistanın ənənəvi xislətində və onu himayə edənlərin xarici siyasətinin strukturuna, mahiyyətinə uyğun gələn addımlardır. Son dövrlərdə Ermənistanda baş verən prosesləri görürsünüz və artıq Ermənistanın xarici siyasətinin prioritetləri və mahiyyəti ortalıqdadır, bunu görməmək mümkün deyil. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında qarşılaşdığı problemlərin kökündə də məhz bu amillər dayanır. Şübhəsiz ki, bu prosesdə Azərbaycanın oynadığı rol da əsas amillərdən biridir. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsində təmsil olunan yaxın strateji tərəfdaşlarının da bu prosesdə işğalçı dövlətə qarşı sərgilədiyi münasibət də ortalıqdadır”.

E.Mirzəbəyli söyləyib ki, Ermənistan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mövqelərin itirildiyinin fərqindədir: "Bu günə qədər əsas istinad mənbəyi də məhz bu müqavilə idi. Ermənistan rəhbərliyinin daxili siyasətində də müəyyən rol oynayırdı. Çünki Ermənistan rəhbərliyi əsas faktor kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qabardıb və bu təşkilatı Ermənistanın təhlükəsizliyinin əsas söykənəcəyi kimi qələmə verirdi. Lakin indi Ermənistanın faktiki olaraq söykənəcəyi yoxdur və orada təhlükəsizliklə bağlı faktorlar ciddi narahatlıq doğurur. Bu faktorlar xüsusilə də 2016-cı ilin aprel döyüşlərindən sonra kifayət qədər güclənmişdir və Ermənistan vətəndaşları da əmin olmuşdur ki, işğalçılıq siyasəti davam edənə qədər bu ölkənin mövcudluğuna təhdid hər zaman olacaq”.

Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmadığını dilə gətirən siyasi şərhçi söyləyib ki, bu da Azərbaycanı məcbur edir ki, Ermənistana qarşı yürütdüyü təcrid etmək siyasətinin spektorlarını daha da genişləndirsin və Ermənistanın özünün ən rahat hiss etdiyi məkanda belə təkləsin: "Bu proses də artıq baş tutur. İndiki şəraitdə Ermənistanda baş verən hadisələr seçki qabağı olan bir prosesdən daha çox isterikadır - ənənəvi Erməni isterikası. Bu isterikanın içində hədə var. Bu isə şübhəsiz ki, gücsüzlüyün, zəifliyin və məğlubiyyətin göstəricisidir. Yalnız gücsüzlər yüksək səslə çığırıb, hay-küy salmaq və hə yolunu seçirlər. Güclülər isə bunu praktikada, əməldə həyata keçirirlər. Ermənistanın indiki davranışları həm Belarusa qarşı, həm Qazaxıstana, həm də Ermənistanın ənənəvi müttəfiqi olan Rusiyaya münasibətdə bu davranışları da məhz bu amilə söykənir”.

E. Mirzəbəyli əlavə edib ki, Ermənistan qütblər arası manevr etməklə Avropa İttifaqından, ABŞ-dan maliyyə dəstəyi ala biləcəyini, bütün bu addımlarına baxmayaraq təhlükəsizliyini ayrı dövlətlərin, ayrı qütbün hesabına təmin edəcəyini düşünür: "Artıq bunun həyata keçməsi mümkün deyil. Heç kim bu ac ölkəyə əlavə vəsait vermək və bunu qidalandırmaq niyyətində deyil. Bu baxımdan da yaranmış vəziyyət Paşinyanı seçkiqabağı şübhəsiz ki, ciddi şəkildə sıxır. Çünki baş verənlər onun daha öncə verdiyi vədlərin mahiyyətinə uyğun deyil. Eyni zamanda Ermənistan cəmiyyətini müəyyən qədər də olsa ona qarşı yönəldir. Digər tərəfdən də köhnə komandanın üzvləri də bu prosesdə aktiv şəkildə iştirak edirlər və yaranmış vəziyyətdən Paşinyana qarşı istifadə etməyə çalışırlar. Paşinyan çox təcrübəsiz, siyasi proseslərdə baş açmayan bir insan kimi hər addımda ciddi səhvlərə yol verir. Nəticə etibarı ilə isterika, hay küy, qəzəb özünün ən son mərhələsinə qoyub”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
09:33 09.08.2025
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
09:30 09.08.2025
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
09:28 09.08.2025
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
09:25 09.08.2025
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
09:23 09.08.2025
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
09:21 09.08.2025
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
09:20 09.08.2025
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
09:19 09.08.2025
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
09:16 09.08.2025
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib