Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mərhum xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı danışıb.
AZXEBER.COM xəbər verir ki, Məleykə Abbaszadə yazıçının ölümünü böyük üzüntü ilə qarşıladığını bildirib:
"Elçin müəllimin ölümü ilə bağlı danışmaq mənim üçün çox çətindir".
O, mərhum yazıçının qəfil və gözlənilməz şəkildə dünyasını dəyişdiyini vurğulayaraq, bu hadisənin onun yaxın çevrəsi üçün böyük sarsıntı olduğunu qeyd edib:
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu. Hələ də bu xəbərə inanmaqda çətinlik çəkirik. O, həm peşəkar, həm də insan kimi yüksək keyfiyyətlərə malik biri idi. Onun yoxluğu çox böyük boşluq yaradıb".
Oksana