Sosial media fenomeni Ceren Yılmaz, aktrisa Elçin Sangu və sevgilisi Yunus Özdiken tərəfindən təhdid edildiyini və işlərinə maneə törədildiyini iddia edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Yılmaz, sosial şəbəkədə "Məni evimdən aldırdılar, adlarını çəkməməyim üçün təhdid olunuram” kimi ifadələr işlədib və Sangu ilə bağlı məhkəmə sənədləri və mesajları paylaşıb.
İddiaları təkzib edən Elçin Sangu, əsl təhdid edilənin özü olduğunu bildirərək Yunus Özdikenlə birlikdə polisə müraciət edib və Yılmazdan şikayətçi olub. "Bu, planlı PR işidir, mənə təsir etməz” deyən aktrisa, "Qadın olduğu üçün sərt davranmadım, amma artıq iç üzünü gördüm” açıqlamasını verib.
Sangu və Özdiken, Yılmazla aralarında heç bir hüquqi və ya ticari əlaqə olmadığı halda, onun tərəfindən təhqir və təhdid olunduqlarını bildirərək can təhlükəsizliyinin olmadığını əsas gətirib hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Oksana