Sevilən türkiyəli aktrisa Elçin Sanqunun beynində şiş aşkarlanaraq müalicə üçün xaricə getdiyi iddia edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sanqu sosial media hesabında televiziya proqramında səsləndirilən iddianı təkzib edib.
Tanınmış aktrisa "Daha əvvəl də yazmışam, bir daha deyim; bu söz-söhbətlər həqiqətə uyğun deyil. Səhhətim çox yaxşıdır. İnsanlar qorxusundan davamlı olaraq zəng edir, yaxınlarım da narahatdır. Xahiş edirəm, bir daha deyirəm, mən çox əlçatan adamam. Belə xəbərləri dərc etməzdən əvvəl zəng edib təsdiq ala bilərsiniz" sözləri ilə xəbəri yayanlara iradını bildirib.
Aysel