Showlife.Az xəbər verir ki, müğənninin fanatları ilə görüşü "Park Bulvar"da baş tutub. Görüşdə ən diqqətçəkən məqam müğənnin Elçinin görüşə cangüdənlə gəlməsi olub. Cangüdən fanatların Elçinə yaxınlaşmasına imkan verməyib. Hətta bu məqam "Park Bulvar"a istirahətə gələn insanların da diqqətini cəlb edib, onlar bu vəziyyət qarşısında çox təəcübləniblər.
Elçinin bu hərəkəti sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb, müğənninin bu hərəkətinə "qudurğanlıq" "saymamazlıq" "yekəxanalıq" adlandırıblar.