Rəssamlıq qabiliyyəti ilə hər kəsi təəccübləndirən müğənni Elçin Cəfərovun 7 yaşlı oğlu Can daha bir uğura imza atıb.
AZXEBER.COM xəbər verir ki, Canın çəkdiyi rəsmlər İstanbulda sənət sevərlərə təqdim olunub.
"İstanbul Lütfi Kırdar Kongre və Sergi sarayı"nda keçirilən uşaqların əl işlərindən ibarət sərgiyə iki rəsm əsəri ilə qatılan Canın istedadı gözdən qaçmayıb.
7 yaşlı balaca rəssamın "Şuşa" və "Şirvanşah" mövzusunda çəkdiyi şəkillər yüzlərlə rəsm əsəri arasında maraqla qarşılanıb.
Atası Elçin Cəfərov da bu önəmli gündə Canı tək qoymayıb.
O, İstanbulda baş tutan sərgidən görüntüləri "instaqram" hesabənda izləyiciləri ilə bölüşüb.
Aysel