Eldar Əzizov Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin etdi

Eldar Əzizov Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin etdi
SOSİAL
19:17 10.10.2018
4689
Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub. 

AZXEBER.COM qafqazinfo-ya istinadən məlumata görə, Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb. 

Həmin vəzifəyə Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov təyin olunub. 

X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. A. Hüseynov bu vaxta qədər SOCAR-da çalışıb. 

Bu gündən o vəzifəsinin icrasına başlayıb.

Əldə etdiyimiz xəbərdə o da bildirilir ki, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc mütəxəssisləri cəlb etmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR