Eldar Əzizov daha bir məmuru işsiz qoydu - Departament ləğv olundu

Eldar Əzizov daha bir məmuru işsiz qoydu - Departament ləğv olundu
SOSİAL
19:05 31.01.2019
8433
Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri işsiz qalıb.
 
AZXEBER.COM xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici Əlaqələr departamenti ləğv edilib. 
 
Departamentin rəisi Rasim Quliyev hazırda işsizdir. 

Qeyd edək ki, bir neçə ay öncə Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev vəzifəsindən azad edilmişdi, Eldar Əzizov daha sonra ona  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici əlaqələr departamentini həvalə etmişdi.   

Xatirladaq ki, Rasim Quliyev xalq hərəkatının fəal iştirakçısı, Ulu Öndər Heydər Əliyevin ən sadiq silahdaşlarından biri olub. "Səs” qəzetinin və eyniadlı media holdinqin rəhbəri Bəhruz Quliyevin qardaşıdır.

Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR