Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi aşkar olunub.
AZXEBER.COM-un "Report”a istinadla verdiyə məlumata görə, bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.