Eldar Əzizovdan yeni TƏYİNAT

Eldar Əzizovdan yeni TƏYİNAT
SOSİAL
10:33 14.02.2020
1798
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyin edilib.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR