Avroparlamentin “İlqar Məmmədov məsələsi” adlanan qətnaməsi tam əsassızdır və Azərbaycana qarşı ikili standartlardan xəbər verir.
Bunuaçıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib.Onun sözlərinə görə, həmin qətnamə ilə tanışlıq onu deməyə əsas verir ki, bu sənədi hazırlayan və onun qəbul olunmasına səs verən deputatlar heç İ.Məmmədovun kimliyini və nəyə görə həbs olunmasını dəqiq bilmir, Azərbaycan Respublikasının müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığına dair imzaladığı sənədlərdə üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi vəziyyətindən bixəbərdirlər.Millət vəkili ona görə hesab edirəm ki, bu qətnamənin heç bir hüquqi əsası yoxdur və qətnamə ölkəmizə qarşı antiazərbaycan kampaniyası aparan erməni lobbisinin və onların sifarişi ilə oynayan, Avropa dəyərlərindən uzaq bəzi cılız və təsadüfi deputatların qarayaxma və qərəzli mövqeyi üzərində açılmış müzakirənin nəticəsidir.E.İbrahimovun eyni zamanda dediyinə görə, əgər bu gün Azərbaycan Avropaya sürətli inteqrasiya yolunu seçərək inamla irəliləyirsə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verən strateji tərəfdaş ölkə hesab olunursa, o zaman bu tipli qətnamələrin, Azərbaycana qarşı məqbul olmayan bu cür cəhdlərin heç bir effekti olmayacaq:“Eyni zamanda, Azərbaycan bütün bəşəriyyət üçün təhlükə olan terrorizmə qarşı mübarizədə aktiv iştirak edirsə, torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, hüquqi və demokratik bir dövlət qurmaq istiqamətində konkret nəticələr əldə edirsə, cəmiyyətimiz öz tolerantlığını saxlayıb inkişaf etdirirsə və bütün bunları dünyanın əksər dövlətləri və tanınmış beynəlxalq təşkilatları özlərinin rəsmi sənədlərində qəbul edirsə, onda bu qətnamə adi kağız parçasından başqa bir şey deyil.Bununla belə onu qeyd edim ki, bu qətnamə Avropa Parlamentinin adından hazırlanan sənəd hesab edilsə də, ancaq əslində bu, heç də Avropa Parlamenti üzvlərinin çoxluğunun qəbul etdiyi qətnamə kimi qəbul olunmur və qondarma bir sənəd kimi qiymətləndirilir.Ona görə hesab edirəm ki, Avropa Parlamentinin bəzi üzvlərinin ölkəmizə qarşı belə çirkin əməllərinə baxmayaraq, Azərbaycan Respublikası Avropa dövlətləri və onların yaratdıqları nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirəcək, bədxahlarımızın öz niyyətlərinə çatmasına imkan verilməyəcək”.